Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / “Siz ölməli olduğunuz halda hələ saxlanma şəraitindən şikayət edirsiniz”

“Siz ölməli olduğunuz halda hələ saxlanma şəraitindən şikayət edirsiniz”

Qobustan həbsxanasının rəisi işgəncələrə məruz qalan məhbuslara Ulu Öndərin ləğv etdiyi “ölüm” hökmü ilə razı olmadığını bildirərək məhbuslara psixoloji təzyiqlərin nəticəsidir ki, ömürlük məhbus məhbus Abbasov Əlaqif Arif oğlu “zorakılıqla kamerasından çıxarılaraq, işgəncələrə məruz qaldığı üçün” boğazını kəsərək intihar etmişdir! Eyni təzyiqlərə məruz qalan məhbuslar isə kifayət qədərdir!
Dünən Eldar Zeynalovun Qobustan həbsxanasında ömürlük məhbus Abbasov Alaqif Arif oğlunun intihar xəbərindən sarsıldım. Ona görə sarsıldım ki, hazırda həbsxana rəisi tərəfindən məhbuslara qarşı qəddar rəftarı, öz vəsaitləri hesabına nisbətən təmir edib, şərsit yaratmış məhbusları zorakılıqla, işgəncələrlə cərimə təcridxanalara salaraq, həmin kameraları imkanlı məhbuslara verilməsi, həbsxana rəisi Fikrət Qafarovun məhbusları ölümlə hədələməsi, bu gün Abbasovun bu işgəncələrə məruz qalaraq boğazını kəsib intihar etməklə nəticələnib. İndi sıra hansı məhbusu gözləyir, bunu da Fikrət Qafarov təyin edəcək, sözsüz! Məhbuslardan aldığım məlumata görə, həbsxana rəisi çəkinmədən şikayət edən məhbusu təhqir edərək, “siz ölməli olduğunuz halda, hələ saxlanma şəraitindən şikayət edirsiniz” deyə məhbusu cəzalandırır.
Həbsxanada baş verənlər barədə əlaqədar rəhbərliklərin münasibət bildirməməsi, məhbuslara qarşı qəddar rəftar son həddə çatdığı barədə məlumatı aldıqdan sonra son hədd olaraq bu barədə Ölkə Başçısının saytına 03.09.2015-ci il tarixdə müraciət etdim və müraciətim qəbul olunduğu və 15 gün ərzində barədə müraciətimə cavab aldım. Nəticədə, ömürlük cəza çəkən oğlum Rzaxanov Şakir Hacımurad oğluna daha sərt təzyiqlərə başlandı. Onu öz vəsaitim hesabına təmir etdiyim kameradan zorakılıqla çıxarıldı, onun bütün rəsmi sənədləri, dəftərxana ləvazimatları, ərzaqları ondan alınaraq, tamamilə zidd xarakterli məhbuslarla 4 nəfərlik kameraya köçürülərək, ölümlə hədələnərək həyatına təhlükə yaradıldı. İllərlə məhbuslara işgəncə verməkdə mahir olan Adil Şirməmmədovun fikrincə desəm “bir-birini vurdular, bizim xəbərəmiz olmayıb” metodundan istifadə olunur.
Son hədd olaraq Dövlət Başçısına müraciət edib, həbsxanada qəsdən yaradılan təhlükəli vəziyyətin aradan qaldırılmasını istədiyim halda oğlumu həqiqətə uyğun olmayan ittihamlarla təhqir edən həbsxana rəisi Fikrət Qafarov ömürlük məhbusların məhv edilməli olduqları ilə hədələməyin nəticəsi Abbasovun kamerasından zorakılıqla şıxarılmasının səbəbini soruşanda təhqir olunub, işgəncələrə məruz qalaraq boğazını kəsib intihar etməsi ilə nəticələndi. Qobustan həbsxanasında 9 ay müddətində 11 məhbus ölümü barədə məlumatlar da mövcuddur!
Bütün bu cinayət xarakterli hərəkətlərə, barəsində həqiqətə uyğun olmayan saxta ittihamlara etirazını bildirən Rzaxanov Şakir Hacımurad oğlu 16.09.2015-ci il tarixdən qanunamüvafiq qaydada dinc, müddətsiz aclıq aksiyasına başladığı barədə məlumat almışam! Bu isə 20 il törətmədiyi cinayətə görə, ağır şəraitdə cəza çəkən növbəti məhbusun məhv edilməsi üçün on illərlə davam edən metoddur! Mən Dövlət Başçısına müraciətdə yazdıqlarımı faktlarla təsdiq edə biləcəyimə görə, Dövlət Başçısına həbsxanalarda baş verənlər barədə dəqiq məlumat nəticəsində bu qəddarlıqların qarşısı alınacağına ümid etdiyim halda, Dövlət Başçısına müraciətimlə, oğlumun həyatına təhlükə yaratmışam! Qobustan həbsxanasında cəza çəkənlərin hamısı qəddar cinayətkar və ya residivist deyil! Onların arasında saxta ittihamlarla şərlənənlər, sifarişlə cəzaya məhkumların da olduğunu hər kəs bilməlidir!
Mən məlumatı ala biləcək hər bir  KİV- nümayəndəsini maraqlandıran bütün suallara faktlara istinadən məlumat verməyə hazıram!
Moderator.az
Rzaxanova Müslümət Məhəmməd qızı
 
əlaqə tel: 050323-31-97

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın