Cümə axşamı , May 28 2020
Ana səhifə / Araşdırma / Şirvanda hərbi zavodda baş verən partlayışın istintaqı yekunlaşıb 

Şirvanda hərbi zavodda baş verən partlayışın istintaqı yekunlaşıb 

Şirvanda hərbi zavodda baş verən partlayışın istintaqı yekunlaşıb.

 

Moderator.az-ın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayışla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar baxılması üçün Lənkərən Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Şirvan şəhəri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğu üçün məhkəmə məhz orada keçirilir.

 

Qeyd edək ki, hadisə  ötən ilin  iyulun 26-da saat 15:30 radələrində zavodun utilizasiya sahəsində partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, xeyli sayda adam yaralanıb.

 

Fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və  Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.

Həmçinin oxuyun

Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli

“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə …

Bir cavab yazın