Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / Şirvan Polis Şöbəsində intihar: Saxlanılan şəxs boğazını kəsib öldü

Şirvan Polis Şöbəsində intihar: Saxlanılan şəxs boğazını kəsib öldü

Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.
Azinforum.az-ın APA-ya istinadən məlumatına görə, Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon Polis Şöbəsində saxlanılırmış.
Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın