Ana səhifə / Araşdırma / Şirvan Milli Parkının ceyran ovlayan əməkdaşları tutuldu

Şirvan Milli Parkının ceyran ovlayan əməkdaşları tutuldu

Salyanda qanunsuz ceyran ovlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları – Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın