Ana səhifə / Araşdırma / Şirkət rəhbərinin MTN-də verdiyi ifadəni kim “yox” edib? – 15 nəfərin öldüyü yanğın işi

Şirkət rəhbərinin MTN-də verdiyi ifadəni kim “yox” edib? – 15 nəfərin öldüyü yanğın işi

Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçieilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib.
Vəkil bu iş üzrə aparılan istintaqın məhkəmədə özünü doğrultmadığını söyləyib.
İstinatqın ədalətli araşdırma aparmadığını deyən vəkil çıxışına əlavə edib: “Bu qədər insanın ölümü ilə nəticələnən yanğın niyə baş verdi? İstintaq bu suallara cavab tapa bilmədi. Tapdığı cavab da cəmiyyəti qane etmədi. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərdən şikayətçi olub-olmaması ilə bağlı sual verəndə  tərəddüdlə cavab verdilər. Çünki istintaq orqanı onların da suallarına cavab verə bilməyib”.
Vəkil qeyd edib ki, yanğın baş verəndən yarım saat sonra MTN əməkdaşlarının binanı üzləyən şirkətin ofisinə gəlməsinin araşdırlmamasından gileylənib: “MTN hadisənin poliuretandan baş verdiyini hardan bilib? Məqsəd Miryusuf Mahmudovu həbs etmək olub. Miryusif Mahmudov xeyirxah insan olub. O, sahibkarlığa milyonlarla pul vəsaiti ilə gəlməyib. O, 2007-ci ildə 50 dollar vəsaitlə sahibkarlığa başlayıb.
Xətai rayonunda yanğın baş verəndən sonra MTN əməkdaşları Mityusif Mahmudovdan hər il 300 min manat tələb ediblər. Bildiriblər ki, bu qədər məbləğdə pulu vermədiyi halda Miryusif Mahmudovun barəsində mənfi məlumatlar toplayacaqlar. Amma Miryusif Mahmudov MTN-nin rəhbər şəxslərinin bu hədələri ilə razılaşmayıb. Çünki Miryusif Mahmudov öz işinə inanıb. Amma bu hədələri edənlər sonda istəklərinə çatıblar”.
İlhamə Həsənova Miryusif Mahmudovun həbsinin sifarişlə həyata keçirildiyini deyib: “Miryusif Mahmudovu ilk saxlanılan zaman MTN-ə aparıblar. Onu orada ifadə verib, həmin ifadə ortalıqda yoxdur.  Bəlkə orada Miryisif Mahmudov önəmli nəsə deyib, indi qorxur danışmağa. Niyə həmin ifadə açıqlanmır? MTN əməkdaşları Miryusif Mahmudovu prokurorluğa təhvil verib. İstintaqın hədəfi Miryusif Mahmudov olub. Onu faktiki rəhbər kimi təqdim ediblər. Bununla bağlı istintaqa cəlb olunanlara yönləndirici suallar veriblər. Məqsəd Miryusuf Mahmudovu həbs etmək olub. Amma buda Miryusif Mahmudovun həbs edilməsi üçün əsas deyil. O şirkətin təsisçisi olub. Təsisçi həbs oluna bilməz. Yanğın baş verəndən sonra ilk xəbəri ANS yaydı ki, Azadlıq prospektində yanğın baş verib,  yanğının səbəbi də poliuretan üzlükdür”.
Cəmiyyət yanğının poliuretandan baş verdiyinə inanmadığını söyləyən vəkil qeyd edib ki, binanın üzləndiyi məhsul keyfiyyətli olub: “Poliuretanın hansı məhsul olduğununu hamı yaxşı bilir. Bu məhsulun istehsal edilməsi üçün zavodun tikintisinə 5 milyard pul xərcləyib. Amma istintaq Miryusif Mahmudovun poliuretan istehsal edən zavodunu tapıb. Zavod bir qurğudan ibarətdir. Bu yalan baş tutmadı. Sonra yaydılar ki, guya xaricdən gələn məhsullara əlavə mayelər qatıblar. Bu da mümkün deyil,  çünki məhsul gömrükdən keçir və sifariş edən “Qlobal Stone” MMC-yə gətirilir.
MMC-də istehsal olunan məhsul istintaq zamanı sınaqdan yaxşı çıxdı. Amma sonra bildiriblər ki, “Qlobal Stone” MMC sınağa başqa məhsul təqdim edib, görülən işlərə başqa məhsul istifadə edilib. Amma bu da sübut olunmadı. Poliuretan məhsulunu yandırmasan, yanmayacaq. Poliuretan məhsulu çətin yanan məhsuldur. Yanğının poliuretan məhsulundan baş verməsi sübut edilməyib. Bu işdən ayrılan cinayət işinin adı və soyadı bizə məlum deyil. İstintaq həmin cinayət işində kimi mühakimə edir, bunu da açıqlamayıb. İstintaq özünə sərf edən işi orada saxlayıb. Həmin işi tələb edəndə, deyəcəklər ki, istintaq sirridir. Əminəm ki, bu ayrılan iş heç vaxt məhkəməyə gəlməyəcək. 15 nəfərin meyitinin üstündən keçərək Miryusif Mahmudovun həbs etdirmək vicdansızlıqdır”.
Vəkil həmçinin çıxışı zamanı Miryusif Mahmudova ittiham olunduğu Cinayət Məcəlləsinin maddələri üzrə ittihamların qanunsuz verilməsindən danışıb.
Vəkil söyləyib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə düzgün ittiham verilmıyib: “Miryusif Mahmudov şirkətdə təsisçi olub.  Bu da onun vəzifəli şəxs olduğunu sübut edən fakt yoxdur. Mövcud olmayan vəzifəyə görə ona vəzifə səlahiyyətlərini necə aşıb, qanunsuz ittiham verilib?
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki,  prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
Vəkil İlhamə Həsənovanın çıxışından sonra həbs edilən şəxslər son söz deyəcək.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın