Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Şirkət rəhbəri və telekanal əməkdaşı öldü – Dəhşətli qəza + Foto

Şirkət rəhbəri və telekanal əməkdaşı öldü – Dəhşətli qəza + Foto

Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib.

Azinforum.az-ın Lent.az-a istinadən məlumatına görə, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.

Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Elgün Abbasov isə Tovuzun yerli telekanalında çalışırmış.

E.Abbasovun bəzi fotolarını təqdim edirik.

 

 

 




Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın