Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Sinif yoldaşının anasını bıçaqladı: 10 bıçaq zərbəsi alan qadın sağ qaldı

Sinif yoldaşının anasını bıçaqladı: 10 bıçaq zərbəsi alan qadın sağ qaldı

Sinif yoldaşının anasını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. O, quldurluq məqsədi ilə girdiyi mənzildə sinif yoldaşının anasına 10 bıçaq zərbəsi endirib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesdə şahid qismində iki nəfər ifadə verib.
Qonşu Nailə Əsədova ifadəsində hadisə baş verən evin yaxınlığında olduğunu və qətlə yetirilən Aynur Teymurovanı qanın içində gördüyünü söyləyib.
 
“Aynur xanım qanın içində idi. O, dedi ki, Qulu ilə Kamran onu bıçaqlayıb. Öldürmək istəyirmişlər. Onu bıçaqlayanlardan birisinin oğlu Əmrahın sinif yoldaşı Kamran olduğunu dedi. Evə quldurluq məqsədi ilə giriblər” – deyə şahid qeyd edib.
Digər şahid Lalə Teymurova isə bıcaqlanan qadınla qohum olduqlarını söyləyib. Və hadisədən xəbər tutduqdan sonra A.Teymurovanın evinə gediblər: “Biz çatanda hər yer qan idi. Aynuru təcili yardımla xəstəxanaya apardıq. O, dedi ki, bütün bədəni deşik-deşikdir. Qulunu qəsəbə sakini kimi tanıyırdım. Kamran da bizim qohumun sinif yoldaşı idi”.
Məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.
Qəsəbə sakini Aynur Teymurova yaşadığı mənzildə bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulublar.
Onlar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərbə vurma) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın