Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Sevinc Babayevanın oğlu həbs edildi

Sevinc Babayevanın oğlu həbs edildi

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

1 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya təcili yardımla gələn Günay Məmmədova ilkin ifadəsində həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib.

Hadisəni Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov törədib. Belə ki, o mübahisə zəmnində həyat yoldaşı Günay Məmmədovaya baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. 1 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan bildiriblər ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Hadisəni törədən Ayxan Məmmədovun hadisə yerindən qaçıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbiri keçiriblər. A. Məmmədov saxlanılaraq polis idarəsinə gətirilib.

Qeyd edək ki, A. Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoların qəhrəmanlarından olan Sevinc Babayevanın oğludur. S. Babayeva “İnterpol” xəttilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində ürək xəstəliyindən vəfat edib.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın