Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Sevil” MMC-nin vəzifəli şəxslərinin məhkəməsi oldu

“Sevil” MMC-nin vəzifəli şəxslərinin məhkəməsi oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Sevil” MMC-nin vəzifəli şəxsləri – Aynur Zeynalov, Zabit Çələbiyev, Elçin Ismayılov, Mirnamat Miradıyev və Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkənlər Lalə Zaur qızı, Məmmədov Elxan, Əhmədzadə Mirzəmməd, Əzizov Şahin, Mollayev Elvin, Rövşən Alıyev, Hümbətov Zəfər, Aydınova Nəzakət, Kərimov Mübariz, Cabbarova Eyzangül, Həsənov Etibar, Namazov Isa və Həbibov Rabil ifadə verərək bildirib ki, külli-miqdarda pul verib torpaq alıblar.

Onların bəziləri həmin torpaq ərazisində ev tikintisinə başladıqlarını deyiblər. Məhkəmədən onlara dəyən maddi zərəri tələb ediblər.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın