Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / Sevgilisini zorlayan oliqarx oğlu saxlanıldı

Sevgilisini zorlayan oliqarx oğlu saxlanıldı

Moskvanın Tver rayon məhkəməsi iri nəqliyyat şirkətinin sahibi Konstantin Şarıqonun oğlunu həbs edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şarıqonun 21 yaşlı oğlu Aleksandr öz sevgilisini zorlamaqda və ona xəsarətlər yetirməkdə təqsirləndirilir. Oliqarx oğlu barəsində 3 il müddətinə həbs-qəti imkan tədbiri seçilib.
22 yaşlı Anna Lisovksayanın sözlərinə görə o, bir neçə ay Aleksandr Şarıqo ilə görüşüb, sonra isə xarakterləri uyğun gəlmədiyi üçün ayrılıb. Lakin yanvarın 8-də Milad bayramını qeyd etmək üçün keçmiş sevgilisinin onu evinə dəvət etdiyini xatırlayan Lisovskaya cinsi və fiziki zorakılığa məruz qaldığını deyib.
Hazırda model kimi çalışan Anna Lisovskaya beyin silkələnməsi və bədən xəsarətləri ilə xəsətxanaya yerləşdirilib.
 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın