Ana səhifə / Araşdırma / Sevgilisi ilə birləşib ərini öldürən qadına – Hökm oxundu

Sevgilisi ilə birləşib ərini öldürən qadına – Hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə əri Kamran Mahmudovu güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Moderator.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə S.Məmmədov 20 il, L.Məmmədova 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 26 sentyabr 2015-ci ildə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov sevgilisi Lalə Mahmudova ilə qabaqcadan əlbir olub L.Mahmudovanın əri, 1976-cı il təvəllüdlü Kamran Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.
S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın