Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Sevgi yaşayan gəlinlə qayınatanın 14 il əvvəlki cinayəti açıldı

Sevgi yaşayan gəlinlə qayınatanın 14 il əvvəlki cinayəti açıldı

Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisənin üstü açılıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulublar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək doğrayıb və yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar.

Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibətinin olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.

Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə yəyat yoldaşı olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır (APA).

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın