Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar.

Türkiyə Statistika İdarəsinin verdiyi məlumata görə, bu, 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 62 mənzil və ya 34,4% azdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə Azərbaycanın 829 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 66 mənzil və ya 8,65% çoxdur.

Qeyd edək ki, ümumilikdə sentyabr ayında 4 217 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 1 445 ədəd və 25,52% azdır.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyədə 32 268 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 7 883 ədəd və ya 32,33% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin sentyabr ayında iraqlılar Türkiyədə 781, bu ilin 9 ayında isə ümumilikdə 5 527 mənzil əldə ediblər.

Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları avqustda 489, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində isə 3 624 mənzil satın alıblar.

İlk üçlüyü rusiyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 248 mənzil, bu ilin doqquz ayı ərzində isə 1 939 mənzil əldə ediblər.(“Report”)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …