Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Araşdırma / “Semaşko”da Qarabağ əlilini soğan kimi soyurlar – Birlik Prokurorluğa və “Bandotdel”ə şikayət ünvanladı

“Semaşko”da Qarabağ əlilini soğan kimi soyurlar – Birlik Prokurorluğa və “Bandotdel”ə şikayət ünvanladı

2-ci qrup Qarabağ əlili pulsuz müalicə olunmalı halda, 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) həkimləri onun 1500 manatını alıblar.
Bu barədə Mia.az-a  “Azad İstehlakçılar” İçtimai Birliyindən məlumat verilib
Bildirilib ki, artıq bununla bağlı birliyin nəznində yaradılmış Tibbi müayinə, müalicə
eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəsmi müraciət də eidb.
Müraciətdə bildirilib ki, 11 may 2018 il tarixində birliyin komissiyasına Qarabağ əlilləri və Veteranları İctimai birliyinin sədri Növrəstə Yusifova zəng edib. O deyib ki, vaxti ilə döyuş yoldaşı olmuş və hal- hazırda 2 -ci qrup Qarabağ əlili olan Abdullayev Cavanşir Paşa oğlu bir həftədən çoxdur “Semaşko”da  7-ci korpus, 2-ci mərtəbə, 6-cı palatada Hepatit diaqnozuyla mualicə alır: “Baxmayaraq ki, xəstəxana dövlət xəstəxanasıdır və qanunlara görə Qarabağ müharibəsi əlili burda tam ödənişsiz mualicə olunmalıdır. Lakin Abdullayev Cavanşır bir həftə ərzində təkcə dərmanlarına və orda iynə, pambıq, rentgen, analiz və sair xidmətlərə görə 1500 manata yaxın pul ödəməli olub.
Bu məlumat tərəfimizdən mayın 12-də yoxlanıldı və xəstənin yaxınları, cəbhə yoldaşları tərəfindən təsdiqləndikdən sonra isə, bu gün rəsmi şəkildə qeyd edilən hüquq-mühafizə orqanlarına şikayət edildi. Həmin qurumlardan xahiş olunub ki, qanun pozuntusunun qarşısını almaq ucun muvafiq addimlar atılsın”.
Məsələ ilə bağlı xəstəxanadan münasibət öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …