Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Araşdırma / “Semaşko”da müayinə aparatı işləmir, xəstələr narazılıq edir – AÇIQLAMA

“Semaşko”da müayinə aparatı işləmir, xəstələr narazılıq edir – AÇIQLAMA

1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.

Bu barədə “Report”a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.

Taksikoloji-kimyəvi müayinələr aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihazın hələ daha bir müddət işləməyəcək.

1 saylı Kliniki Tibbi Mərkəzdən “Report”a bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır. Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib: “Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Report”a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.

Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərova təyin olunub.

Həmçinin oxuyun

Ramiz Zeynalovun nəzərinə: Xaçmaz MERO-su vətəndaşdan sürücülük vəsiqəsi üçün 1000 manat pul istəyir – Video

Xaçmaz rayon sakini Mürsəlli Elçin Nəsrəddin oğlu Xaçmaz rayon MERO-sundan (DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və …