Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Sellofan paket və plastik qablar təhlükəlidir – VİDEO

Sellofan paket və plastik qablar təhlükəlidir – VİDEO

ARB TV-nin “Günə doğru” verilişində sellofan torbalar haqda sujet efirə gedib.

Əvvəllər daha çox parça və kağızdan hazırlanan torbalar bu gün sellofan torbalarla əvəz olunub. Hətta 10-15 dəqiqə istifadə etdiyimiz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik. Küçələrdə, bazarlarda, market və mağazalarda, bir sözlə hər yerdə satılan polietilen torbalar çox ucuz qiymətə təklif edilir, əskər zaman da pulsuz verilir. Lakin, sellofan torbaların fəsadlarından bir çoxları xəbərsizdir.

Bu cür torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa keçir. Ərzaq vasitəsilə isə də insan orqanizminə. Şəffaf paketlər isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir və ərzaqla reaksiyaya girir.

Həkimlərin sözlərinə görə, təbii olmayan hər bir şey insan orqanizminə ziyandır, xüsusilə də plastikdən hazırlanan məhsullar…

Hüseyn Sultanov (həkim): “Əksəriyyəti neft məhsullarından alınır və təkrar emaldan gələnlər isə daha təhlükəlidir. Bu qan damar problemlərinə gətirib çıxarır”.

Təxminən 5 ildir ki, bu məsələlərlə bağlı xüsusi komissiya da fəaliyyət göstərir.

Bu torbaların həyatımıza nə qədər çox nüfuz etdiyini demək isə artıqdır. Sadəcə, ətrafa nəzər salmaq kifayətdir. Plastik və polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …