Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Selfi çəkən 21 yaşlı qız 15-ci mərtəbədən “Lexus”un üstünə düşdü

Selfi çəkən 21 yaşlı qız 15-ci mərtəbədən “Lexus”un üstünə düşdü

Rusiyanın İrkutsk şəhərində 21 yaşlı qız 15-ci mərtəbədən küçədə dayanmış “Lexus” markalı avtomobilin üstünə düşərək ağır xəsarət alıb.

Virtualaz.org “Vesti.İrkutsk” telekanalına istinadən xəbər verir ki, hadisənin təsadüfi şahidləri baş verənləri telefonun kamerasına qeyd ediblər.

Məlum olub ki, qız 15-ci mərtəbədəki mənzilin eyvanında məhəccərin üstünə çıxaraq şelfi çəkmək istəyib. Bir mərtəbə aşağıda yaşayan gənc qızdan belə risk etməməyi xahiş etsə də, o, buna məhəl qoymayıb və bir neçə dəqiqədən sonra müvazinətini itirərək aşağı düşüb.

Avtomobilin üzərinə düşməsi qızın həyatını xilas edib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın