Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Say” qəzetinin apelyasiya şikayəti təmin olunmadı

“Say” qəzetinin apelyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində “Say” qəzetinin “Respublika” qəzetinə və “Dan Ulduzu” MTK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsində “Respublika” qəzeti redaksiyası və “Dan Ulduzu” MTK-nın xeyrinə çıxarılan qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.

2015-ci ildə “Say” qəzeti redaksiyası “Respublika” qəzeti redaksiyasını və “Dan Ulduzu” MTK-nı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Say” qəzeti müqavilələrin etibarsız hesab edilməsi və s. barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Say” qəzeti redaksiyası apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə mürəciət edib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın