Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / Saray qəsəbəsində saxta içki istehsalı sexi aşkarlanıb

Saray qəsəbəsində saxta içki istehsalı sexi aşkarlanıb

Abşeron rayonunda saxta spirtli içkilər istehsal edilməsi müəyyən olunub.

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) Abşeron rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Gürcüstan Respublikasında anadan olan Bərxudar Həsənovun Abşeron rayonu Saray qəsəbəsində kirayə yaşadığı ünvanda gizli qurduğu sexdə həmyerlisi Şakir Muradov və Şabran rayon sakini Bəhruz Ömərovla birlikdə kustar üsulla saxta spirtli içkilər istehsal etməsi müəyyən olunub.

Sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya Sever Russian Vodka”, “Finlyandiya”, “Russkiy Standart” araqları, “Jack Daniels”, “Chivas” viskiləri, keyfiyyətsiz spirt, Azərbaycan və Rusiya Federasiyasının saxtalaşdırılmış aksiz markaları, eləcə də spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar götürülüb.

Aşkar edilən spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertizanın rəyinə əsasən həmin spirtli içkilərin keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə tamamilə yararsız olduğu müəyyənləşib.

Hazırda faktla bağlı Baş İdarədə başlanan araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın