Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Saratovda güllələnən azərbaycanlı iş adamının kimliyi bilindi – (Yenilənib)

Saratovda güllələnən azərbaycanlı iş adamının kimliyi bilindi – (Yenilənib)

Rusiyanın Saratov şəhərində güllənən azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Volodya Muradov APA-ya açıqlamasında bildirib ki, güllələnən şəxs əslən Azərbaycanın Bərdə rayonundan olan biznesmen, 35 yaşlı Orxan Oqtay oğlu Əliyevdir.

Hadisənin aprelin 12-si yerli vaxtla saat 04 radələrində baş verdiyini deyən V. Muradov bildirib ki, polisdə olan məlumata görə, hadisə mübahisə zəmində baş verib və hadisəni törədənlər hadisə yerindən qaçıblar.

O. Əliyev hazırda şəhərdəki xəstəxanalardan birinə yeləşdirilib, vəziyyəti normaldır. Polis hadisəni törədənləri axtarır, hadisənin motivini araşdırır.

*   *   *13:10

Rusiyada 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yaralanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Saratov şəhərindəki kafelərin birinin yaxınlığında baş verib.

Güllə yarası alan həmyerlimiz xəstəxanaya yerləşdirilib. Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, o, travmatik silahdan açılan atəş nəticəsində bud və döş nahiyyəsindən yaralanıb.

Həmyerlimiz səhər saat 04.00 radələrində naməlum şəxslə mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, atəş açan şəxs “VAZ-2114” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın