Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Samsunq”un rəhbəri həbs edildi

“Samsunq”un rəhbəri həbs edildi

“Samsunq”un de-fakto rəhbəri Li Cey-yong Cənubi Koreyada rüşvət iddiaları ilə həbs edilib. Li hazırda Samsunqun sahibini – xəstə atası Li -Kun Lini şirkətdə əvəz edirdi.

Azinforum.az  bbc.com saytına istinadən yazır ki, onun həbsi Cənubi Koreya prezidenti Park Ceunun impiçmentinə səbəb olan rüşvət qalmaqalı ilə əlaqədardır. Məhkəmə tərəfindən verilən açıqlamaya görə, Li rüşvət və nüfuzundan sui-istifadə etmək səbəbi ilə həbs edilib. “Samsunq” şirkətinin bir sıra fondlara hökumətin xeyrinə ianələr yatırdığı bildirilir.

Digər tərəfdən Li və Samsunq qrupu hər hansı sui-istifadə hallarını inkar edib. Qeyd edək ki, Li yanvar ayında rüşvət qalmaqalı ilə əlaqədar dindirildikdən sərbəst buraxılmışdı. Lakin keçən həftə yenidən ikinci dəfə ifadəsi alındıqdan sonra barəsində həbs qəti-imkan tədbiri seçilib. İddialara görə, o, keçmiş prezident Parkın yaxın dostu xanım Çoya aid olan təşkilatlara ianələr verib. Əvəzində isə “Samsunq”un yenidən qurulmasında, hissədarların qəbul etmədiyi “Samsunq”a aid iki firmanın birləşməsinə hökumətin dəstəyini alacaqdı. Onun 16 milyon avro dəyərində rüşvət verdiyi iddia olunur.

Rüşvət skandalı ilə əlaqədar “Samsunq”un daha bir neçə rəhbər vəzifədə olan şəxslərin həbs olunmaq ehtimalının olduğu vurğulanmaqdadır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın