Ana səhifə / Araşdırma / Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?- ŞİKAYƏT+FOTOLAR

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?- ŞİKAYƏT+FOTOLAR

Zərdab rayon Maliyyə İdarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Məmmədov Sakit İfrat oğlu Azərbaycan Beynəlxalq Universitetinin o vaxtkı rəhbərliyindən qanunsuz yolla əldə etdiyi diplomla neçə illərdir rayon Maliyyə İdarəsinə rəhbərlik edir. 

Belə bir iddia ilə Zərdab şəhər M. Xəlilov küçəsi ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu redaksiyamıza göndərdiyi prezident İlham Əliyevə ünvanlanmış müraciətdə çıxış edib: “İctimayətə təqdim etdiyim Təhsil Nazirliyinin iki məktubundan açıq -aydın görünür ki, Sakit Məmmədovun qanunsuz yolla ABU-dan əldə etdiyi A 113458 diplomdan istifadə etmək hüququ yoxdur. Diplomun qanunsuz olmasına başqa subutlar da var:

1-ci idarənin əmr kitabında qiyabi təhsil alması barəsində heç bir qeydiyyat aparılmayıb. Bunu o öz izahatında da təsdiq edir.
2-ci sessiyalara çağrılması barədə idarəyə heç bir çağrış vərəqələri daxil olmayıb
3-cü qiyabi qaydada təhsil alıbsa ödəməli olduğu pul çekləri yoxdur
4-cü qiymət cədvəlləri yoxdur
5-ci ali məktəbə qəbulu barədə aparat rəhbəri Namiq Süleymanovun arayışı ilə özünün verdiyi izahatında ziddiyətlər var
6-cı beş illik qiyabi təhsili aparat rəhbəri dörd il, özü isə üç il göstərir
7-ci dəqiq hansı ildə qəbul olunması sözlə deyilsə də, subutlar göstərilmir.
8-ci ərizəmə əlavə etdiyim Təhsil Nazirliyinin 07.03.2018-ci il tarixli M -2963/01/11-24 saylı və 16.03.2018-ci il tarixli M-2963/01/11-24 saylı məktubunda göründüyü kimi, ölkəmizdə və o cümlədən ABU-da qiyabi təhsil bes il olub. İndi Sakit Məmmədov Azərbaycanda qiyabi təhsil beş il olduğu halda bu diplomu 3-4 ilə necə əldə edib?

Sakit Məmmədov rayon prokurorluğunda aparılan araşdırma zamanı izahatında yazıb ki, guya o, 1999-cu ildə universitetə qiyabi daxil olub 2002-ci ildə, yəni üç ilə həmin universiteti qurtarıb. Üç ilə bitirməsini isə belə izah edir ki, guya onun birinci təhsili orta ixtisas təhsili olduğu üçün o, universitetin birbaşa ikinci kursuna daxil olub. Bu, Sakit Məmmədovun yalanından başqa bir şey deyil. Onun izahatını ictimaiyyətə təqdim edirəm(aşağıda fotosu əlavə edilir-red.)

Sakit Məmmədovun izahatında göstərdiklərinin yalan olması Təhsil Nazirliyinin 07.03.2018-ci il tarixli M-2963/01/11-24 saylı məktubundan açıq-aydın görünür.Təhsil Nazirliyininin məktubunda göstərilir ki, təhsil qanunvericiliyində orta ixtisas təhsilli şəxslərin birbaşa ali təhsil müəssələrinin ikinci kursuna qəbul olunması nəzərdə tutulmamışdır.

Bundan başqa, Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərdiyi 23 fevral 2015-ci il tarixli məktubunda yazır ki, guya Məmmədov Sakit İfrat oğlu 1998-ci ildə ABU-ya daxil olub. 2002-ci ildə həmin universiteti bitirib. Namiq Süleymanovun bu məktubunun yalan və əsassız olması ondan görünür ki, Sakit Məmmədovun 1998-ci ildə universitetə qiyabi girməsini qeyd etmir. Cünki aparat rəhbəri Namiq Süleymanov çox gözəl bilir ki, qiyabi təhsil dörd il yox beş ildir. O, qiyabi sözünü yazmır ki, aldatmaq istədiyi adamlar məktubu oxuyarkən Sakit Məmmədovun dörd il təhsil aldığını düşünsünlər. Hansı ki, həmin 1998-2002- ci illərdə Sakit Məmmədov rayon Maliyyə İdarəsində işləyib. Onun bu illərdə universiteti qiyabi qaydada bitirməsi mümkün deyil. Buna heç nağıllarda da rast gəlmək olmaz. İşləyən adam isə həmin vaxt əyani oxuya bilməzdi. Bu məktubun da yalan və əsassız olmasını tam dəsdiq edən Təhsil Nazirliyinin başqa bir 16.03.2018-ci il tarixli M-2963/01/11-24 saylı məktubunu da ictimayətə təqdim edirəm(aşağıda əlavə edilir-red.)

Məktubda göstərilir ki, 1998-2002-cı illərdə mövcüd qanunvericiliyə əsasən ali təhsil müəssələrində o cümlədən ABU-də əyani təhsilalma formasında dörd il qiyabi təhsilalma forması isə beş ildir. Bir də ki,1998-ci ildə ali təhsil müəssisəsinə qiyabı qəbul olunmuş şəxs təhsilini beş il müddətində yəni 2002/ 2003-cü tədris ilində başa vurmalıdır. İndi aparat rəhbəri Namiq Süleymanov aydınlıq gətirsin görək bu özbaşınalıqlar nəyin müqabilindədir.

Ali məktəbdən xəbəri olmayan Sakit Məmmədovun ABU-nun o zamankı rəhbərliyindən qanunsuz əldə etdiyi diplomun iki formada eyni sürətlərini ictimaiyyətə təqdim edirəm. Bu adamın ali təhsil almasını təsdiq edən bir dənə də olsun subutlu sənədi yoxdur. Bu günə qədər mən ABU-nu qiyabi olaraq 3 ilə bitirmişəm sözü ilə özünü ali təhsilli kimi qələmə verib qanunsuz olaraq saxta diplomla işləyir”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?-

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?-

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?-

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?-

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?-

Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?-

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …