Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Araşdırma / Samir Adıgözəlli Azay Quliyevin dəbdəbəli villasının fotosunu paylaşdı-FOTO

Samir Adıgözəlli Azay Quliyevin dəbdəbəli villasının fotosunu paylaşdı-FOTO

Hörmətli media, hörmətli ictimaiyyət! Bugünkü araşdırmama QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi – villası ilə davam edirəm. Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən villa kompleksdə Azay müəllim stadion da yaradıb. Buyurun tanış olun və görün ki, QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə və İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həm də videoçıxışla. Aydın məsələdir kiŞ Azay Quliyevin millət vəkili maaşı ilə belə fantastik komforta, mulklərə sahib olması mümkün deyil. Neçə -neçə QHT rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar. Bunlarda isə pulun artiqligina bax k, özlərinə stadion belə tikirlər. Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır.

Samir ADIGÖZƏLLİ,

İSBAM sədri

Həmçinin oxuyun

Nazir müavininin oğlunun şirkəti 1 milyon qazandı – TƏFƏRRÜAT

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun şirkəti 2023-cü ilin ilk yarısında 1,023 …