Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / Şamaxının erməni cəlladının züryətləri mülk davası qaldırıbmış

Şamaxının erməni cəlladının züryətləri mülk davası qaldırıbmış

1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzası üzrə ermənilərdən ibarət daşnak və bolşevik quldurları tərəfindən törədilmiş qətliamlarda 30 minə qədər dinc sakin qətlə yetirilmiş, 73 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, çoxsaylı tarixi-memarlıq abidələri dağıdılmış və xalqımızın xeyli maddi sərvətləri yağmalanmışdı. Arada bir əsrlik zaman fasiləsi olsa da bu faciələrin izləri insanların yaddaşından, qədim yurdun bağrından hələ də silinməyib.

Həmin qanlı olayların əsas mərkəzi qırğın meydanı Şamaxı şəhərinin seçilməsi təsadüfi olmayıb. Belə ki, qəzanın ermənilər yaşayan iri yaşayış məntəqələri (Mədrəsə, Saqiyan, Kərkənc, Məlcək, Şirvanzadə) bu şəhərin yaxınlığında (orta hesabla 7-10 km məsafədə) olub, eləcə də qədim yaşayış məhəllələrində ermənii sakinlər üstünlük təşkil edib. Məşhur Şirvan xeyriyyəçisi və el ağsaqqalı-mesenat Mahmud ağa Əhməd oğlu Məmmədzadəyə (1826-1896) məxsus mülk və yardımçı tikililər, təsərrüfat sahələri (meyvə bağları və əkinlər) XX əsrin əvvəllərində daşnak Stepan Lalayevin (Lalayanın) və digər ermənilərin ixtiyarında olub. Bu cəlladın əlləri Bakı və Şamaxı qəzalarında on minlərlə dinc sakinin qanına batdığından (təkcə Şamaxı qəzasının 74 kəndini dağıdıb, 743-cü ildə tikilən Qafqazın qədim Şamaxı Cümə məscidində 2 mindən çox sığınacaq tapmaq istəyən müsəlmanları qətlə yetirib) Şamaxı şəhərinin indiki “Azadlıq” küçəsi xeyli müddət “Lalayev küçəsi” adlanıb.

Şəhər sakinləri Rafiq Qəniyevin, Valeh Əhmədovun bildirdiyinə görə, “Azadlıq” küçəsi ilə “Gənclər” küçəsinin kəsişən hissəsində Mahmud ağanın mülkü ermənilərin sərəncamında olmaqla, küçənin alt hissəsində təsərrüfat-yardımçı binalardan (əsasən at damından, sonralar kommunal buna kimi burada 9 ailə yaşayıb) quldurların silah-sursat anbarı olub, qulluqçuları yaşayıb, süvari dəstənin atları saxlanılıb. Silahlı quldurların cəmləşdiyi bu yerdən (yüksəklikdən) şəhərin aşağı məhəllələri, əsasən Cümə məscidi (200 metr məsafədə) top atəşinə tutulub (28 mart-16 aprel, 1918-ci il).

Qədim Cümə məscidində o illərin top atəşinin yerləri keçən əsrin 90-cı illərinədək qalmaqda idi. Sakinlər onu da bildirirlər ki, 1971-1973-cü illərdə məhəllə uşaqları ilə həmin zirzəmidən tapılan karabin güllələrini oda atıb partladıblar.

Sakinlər danışır ki, S.Lalayanın ABŞ-da yaşayan varisləri keçən əsrin 80-ci illərində bu mülklərlə bağlı məhkəmədə iddia qaldırıbmışlar…

Şamaxı şəhərinin “Azadlıq” küçəsində 2001-ci ildə soyqırım siyasətinin günahsız qurbanlarının şərəfinə mərmər abidə-kompleks ucaldılmışdır. Kompleksin sol küncündə qara mərmər lövhə üzərində aşağıdakı sözlər nəqş edilib:
“Mart 1918-ci ildə Şamaxıda ermənilər tərəfindən törədilmiş soyqırım heç vaxt unudulmayacaqdır”.

musavat.com

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …