Ana səhifə / Araşdırma / Salyandakı qəzada ölənlərin sayı 4-ə çatdı – Yenilənib

Salyandakı qəzada ölənlərin sayı 4-ə çatdı – Yenilənib

Salyan rayonunda ağır yol qəzası baş verib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləri və qohumdurlar. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub.  Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

***

Salyanda baş verən ağır yol qəzasında  ölənlərdən ikisinin kimliyi məlum olub

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

***

Fövqəladə Hallar Nazirliyi də qəza ilə bağlı məlumat yayıb.

Bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb. Bu barədə APA məlumat yayıb.



Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın