Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Salyanda Yol polisi maşını ağır qəza törətdi

Salyanda Yol polisi maşını ağır qəza törətdi

Virtualaz.or-un əldə etdiyi son məlumata görə, qəza nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisi bu dəqiqələrdə xəstəxanada dünyasını dəyişib.

Ölənlərin və yaralanan digər şəxslərin kimliyi dəqiqləşdirilir.

*   *   *13:25

Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində patrul xidməti aparan DYP –nin BMV markalı avtomaşını yüksək sürətlə hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” markalı avtomaşınla toqquşub.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri DYP xidmətinin 27 yaşlı əməkdaşı Məmmədyarov Natiq Mehdi oğludur. O, baş nahiyəsindən ağır xəsarətlər alıb

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın