Ana səhifə / Araşdırma / Salyanda qadın sürücünün idarə etdiyi “Volkswagen Passat” qəzaya uğradı və evə çırpıldı

Salyanda qadın sürücünün idarə etdiyi “Volkswagen Passat” qəzaya uğradı və evə çırpıldı

Salyan şəhərində, Ənnağı Hüseynov və Əlibəy Hüseynazadə küçələrinin kəsişməsində avtomobil qəzası baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Bakıdan Salyana yas yerinə gəlmiş qadın sürücünün idarə etdiyi 99 HZ 729 dövlət nömrə nişanlı “Volkwagen Passat” markalı avtomaşın rayon sakininin idarə etdiyi 10 DF 313 dövlət nömrə nişanlı avtomaşınla toqquşmadan sonra yaxınlıqdakı evə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlar istismara yararsız hala düşüb.

Qeyd edək ki, qəzaya uğramış avtomobilin çırpıldığı ev məşhur musiqi ustası Həsənağa Qurbanova məxsusdur.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın