Ana səhifə / Araşdırma / Salyanda intihara cəhd edən acı taleli qız dünyasını dəyişdi

Salyanda intihara cəhd edən acı taleli qız dünyasını dəyişdi

Salyanda intihara cəhd edən 21 yaşlı Gülmira Cahangirova müalicə olunduğu Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

*   *   *10:40

Dünən axşam saatlarında Salyanın Noxudlu kəndində intihar etmək məqsədi ilə atdığı psixotrop həblərdən zəhərlənərək komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilmiş 21 yaşlı Gülmira Cahangirovaya əlavə tibbi yardım üçün bu gün səhərə yaxın Bakıdan həkim briqadası gəlib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, həkimlər vəziyyəti kritik olduğu üçün xəstənin Bakıya aparılmasını məsləhət bilməyiblər. Buna baxmayaraq, tibbi yardım sayəsində xəstənin vəziyyətində əvvəlkinə nisbətən, cüzi də olsa, müsbətə dəyişiklik yaranıb. Lakin Gülmira bir neçə həb qəbul edərək hamıdan xəbərsiz yuxuya getdiyindən təzyiqi uzun müddət aşağı düşüb və ağ ciyəri yaşamaq üçün təhlükəli dərəcədə zədələnib.

Saytımız Cahangirovlar ailəsinin faciəli taleyi barədə də yeni məlumatlar əldə edib. Demə, Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəli şəkildə ölübmüş. Belə ki, illər öncə ailənin Gülmira adlı qızı körpə olarkən həyətlərindəki su kanalında boğularaq ölüb. Bundan sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan 2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə evləri qarışıq yanaraq ölüb. Bir müddət sonra-1996-cı ildə anadan olmuş qıza yenə də Gülmira adı verilib.

Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb xəstəliyinə tutlubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o, evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul edərək intihar etməyə cəhd edib.

Virtualaz.org

*   *   *08.04.2017(21:41)

Bu gün axşam saatlarında Salyan rayonunun Noxudlu kənd sakini, 1996-cı ildə anadan olmuş Cahangirova Gülmira Qəhrəman qızı komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, həkimlər aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu qoyublar.

Kənd sakinlərinin saytımıza verdikləri məlumata görə, qızın ailəsi son 10 ildə dalbadal faciələr yaşayıb. Belə ki, 2 il əvvəl qızın atası Qəhrəman Cahangirov ağır xəstəlikdən dünyasını dəyişib. Əvvəllər isə onların evləri ilə birgə 4 yaşlı qardaşı da yanaraq ölübmüş. Daha əvvəllər qızın azyaşlı qardaşı su kanalına düşərək boğulubmuş. Ailənin başına gəlmiş faciələrdən qızın psixoloji sarsıntı keçirdiyi də deyilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın