Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Şair Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirildi…

Şair Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirildi…

Bu gün Bakı Appelyasiya Məhkəməsində şair Saday Şəkərlinin cəzasını yarıbayarı azaldıb 5 ilə endiriblər.
Bu barədə xəbəri onun yaxın dostu, jurnalist Zöhrab Əmirxanlı sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, iyulun 20-də Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısı Hafiz Nəsibov bu təkliflə çıxış edib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin şairlə bağlı hökmünün dəyişdirilərək CM-nin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə irəli sürülmüş ittihamın 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif edilməsini, bu maddənin də sanksiyasına uyğun cəzalandırılmasını istəyib.
Məhkəmə iclasında Saday Şəkərlinin vəkillərindən Fəxrəddin Mehdiyev məhkəmənin nəzərinə çatdırıb ki, o, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır və durumu da ağırdır. Vəkil müəssisə rəhbərliyinin bu barədə məktubunu da növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirib: “«Saday Şəkərli əvvəldən də şəkər və sinir xəstəliyindən əziyyət çəkirdi. Həbsdən sonra vəziyyəti lap pisləşdi. Günahsız olduğu halda, həbs olunması, oradakı şərait səhhətinə mənfi təsir göstərib”.(İnterpress.az)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın