Ana səhifə / Araşdırma / Şair Saday Şəkərli barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb

Şair Saday Şəkərli barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb

Şair Saday Şəkərli barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə virtualaz.org saytına S.Şəkərovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini deyib.

Qeyd edək ki, yazıçılar Birliyinin üzvü olan şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın