Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Sahibkar “Tarqovı”dakı məşhur kafeni məhkəməyə verdi

Sahibkar “Tarqovı”dakı məşhur kafeni məhkəməyə verdi

Paytaxtın mərkəzində, “Tarqovı”da yerləşən “Travelers Coffee” kafesi məhkəməyə verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, kafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail rayon məhkəməsinə müraciət edərək “Travelers Coffee Limited” şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.

Sahibkar V.Məmmədov kafe rəhbərliyinin icarə haqqını ödəmədiyini bildirib və yığılan icarə haqlarının ödənilməsini tələb edib.

Səbail rayon məhkəməsi V.Məmmədovu iddiasını qismən təmin edib.  “Travelers Coffee” qərardan apellyasiya şikayəti verib.

İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın