Ana səhifə / Araşdırma / Şagirdə qarşı əxlaqsız hərəkət edən direktor müavini haqda cinayət işi açıldı

Şagirdə qarşı əxlaqsız hərəkət edən direktor müavini haqda cinayət işi açıldı

Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbində məktəbli qıza qarşı əxlaqsız hərəkət edən direktor müavini Akif Səmədov barəsində cinayət işi açılıb.

Bu barədə musavat.com-a Baş Prokurorluqdan məlumat daxil olub. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə sayta daxil olan yazılı açıqlamada deyilir: “Binəqədi rayon prokurorluğunda aparılmış araşdırmalar zamanı toplanmış material üzrə Akif Səmədovun əməlində yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayətinin, yəni Cinayət Məcəlləsinin 153.3-cü maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə cinayət işi başlanaraq aidiyyəti üzrə istintaqın aparılması üçün Binəqədi rayon Polis İdarəinin İstintaq Şöbəsinə göndərilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

Xatırladaq ki, sözügedən məktəbdə baş verən qalmaqal haqda Gununsesi.info məlumat yayıb. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbinin direktor müavini Akif Səmədov yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər edib. Dünən baş verən hadisəni qızlardan biri öz valideynlərinə danışıb. Nəticədə, həmin uşağın valideyni məktəbdə direktor müavini işləyən Akif Səmədovu döyüb.

Məktəbin direktoru isə A.Səmədovun arvadı Akifə Səmədovadır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın