Şair saday Şəkərli saxlanma şəraitindən narazı olmasa da səhhətində ciddi problemlər yaranıb.
Bunu Moderator.az – a açıqlamasında S. Şəkərlinin vəkili Bəhruz Bayramov bildirib. Onun sölərinə görə bu gün müvəkkili ilə görüşüb və onun günahsızlığını sübuta yetirmək üçün ediləcək müdafiə çıxışları haqqında müzakirə aparıblar:
“Səhhətində ağırlaşmalar müşahidə edilir. Bildirdi ki, şəkər xəstəliyi onu ötən hər gün haldan salır və ürək ağrıları da getdikcə şiddətlənməyə başlayıb, aşağı ətraflarında da keyləşmə müşahidə edilir. Bildirdi ki, belə davam etsə və zəruri tədbirlər görülməsə, başına bir iş gələ biləcəyindən ehtiyatlanır”.