Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Saday Şəkərlinin səhhətində ciddi problem yarandı…

Saday Şəkərlinin səhhətində ciddi problem yarandı…

Şair saday Şəkərli saxlanma şəraitindən narazı olmasa da səhhətində ciddi problemlər yaranıb.

Bunu Moderator.az – a açıqlamasında S. Şəkərlinin vəkili Bəhruz Bayramov bildirib. Onun sölərinə görə bu gün müvəkkili ilə görüşüb və onun günahsızlığını sübuta yetirmək üçün ediləcək müdafiə çıxışları haqqında müzakirə aparıblar:
“Səhhətində ağırlaşmalar müşahidə edilir. Bildirdi ki, şəkər xəstəliyi onu ötən hər gün haldan salır və ürək ağrıları da getdikcə şiddətlənməyə başlayıb, aşağı ətraflarında da keyləşmə müşahidə edilir. Bildirdi ki, belə davam etsə və zəruri tədbirlər görülməsə, başına bir iş gələ biləcəyindən ehtiyatlanır”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın