Ana səhifə / Araşdırma / Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

Şabran rayonunun Gəndob inzibati ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, qəza “Mercedes” markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb.

Bu zaman sürücü Ramiz Quliyev idarəetməni itirərək maşını aşırıb. Avtomobildə olan sərnişinlər – 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın