Ana səhifə / Araşdırma / Sabirabadda yaşlı ər-arvad nəvələri tərəfindən döyülüb qarət olundular

Sabirabadda yaşlı ər-arvad nəvələri tərəfindən döyülüb qarət olundular

Sabirabadda nəvə babasının evinə basqın edib. Əmisi oğlu ilə birgə maskalanaraq evə girən gənc babasını və nənəsini döyərək pullarını aparıb. «Xəzər TV» xəbər verir ki, hadisə gecə rayonun Qalağayın kəndində baş verib.

86 yaşlı Ələkbər Əsədovun evinə girən 2 maskalı şəxs onu və həyat yoldaşı, 60 yaşlı Sünbül Əsədovanı döyüblər. Daha sonra mənzildə olan pulu götürürək aradan çıxıblar.

Ələkbər Əsədovun qızı oğlunun köynəyində qan ləkələri görüb və atasının evinə edilən basqında onun əlinin olmasından şübhələnib. Bu səbəbdən də oğlu, 24 yaşlı Ceyhun Qurbanovu polisə təslim edib. Məlum olub ki, basqın edənlər Ceyhun Qurbanov və əmisi oğlu, 23 yaşlı Vüqar Qurbanovdur. Onların hər ikisi saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın