Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Sabirabad sakini qaynının qulağını dişi ilə qoparıb

Sabirabad sakini qaynının qulağını dişi ilə qoparıb

Sabirabad rayon sakini qaynının qulağını dişləyərək qoparıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı – 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.
Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.
X. Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə  Salyan rayon xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın