Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Sabiq polis əməkdaşı ömürlük azadlıqdan məhrum edildi

Sabiq polis əməkdaşı ömürlük azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Səttar Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyev və R. Səttarov isə 13 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, Şakir Orucova ömürlük, Röyal Əhmədova 20 il, digərlərinə isə 14 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Qeyd edək ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman iş yoldaşı Röyal Əhmədovla cinayət əlaqəsinə girərək, mütəşəkkil dəstə yaradıb. Onlar Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın maddi imkanının yaxşı olduğunu öyrənib, onu öldürüb evini qarət etmək qərarına gəliblər. Bu məqsədlə 2012-ci il, oktyabrın 20-də N.Axundovaya məxsus mənzilə basqın edib, ev sahibəsinin boğub öldürüblər.
Dəstə üzvləri mənzildə axtarış aparıblar, qadının çantasından 60 manat pul, qızıl-zinət əşyaları götürəndən sonra mətbəxdəki qazı açıq qoyaraq hadisə yerini tərk ediblər.
N.Axundovanın yaxınları onu mənzildə ölmüş vəziyyətdə aşkar ediblər. Bədənində heç bir xəsarət aşkar edilmədiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Hadisədən uzun müddət sonra N.Axundovanın kəskin ürək çatışmazlığından ölməsi deyil, qətlə yetirildiyi məlum olub.
Şakir Orucov və Röyal Əhmədov növbəti cinayətə polis əməkdaşı işləyən Rəhim Səttarovu da cəlb ediblər. Bu dəfə onlar Naxçıvan şəhər sakini Tahirə Əhmədovanın mənzilini qarət etməyi qərara alıblar.
Qadının mənzildə tək, özünün isə imkanlı olduğunu bilən dəstə üzvləri 2014-cü il, mayın 5-də onun yaşadığı evə yollanıblar. Özlərini icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edərək mənzildəki istilik sistemini yoxlayacaqlarını bildiriblər.
T.Əhmədova qapını açarkən ona qəflətən hücum çəkiblər. Ev sahibəsinin boyun nahiyəsini sıxaraq onu qətlə yetiriblər. Mənzildən T.Əhmədovaya məxsus 6 min manat dəyərində qızıl əşyaları oğurlayıblar. Elə həmin gün əldə etdikləri qızılları satmaq məqsədilə Türkiyə ərazisinə keçiblər. Qızılın satışından əldə etdikləri gəliri öz aralarında bölüşdürüblər.
Onu da qeyd edək ki, T.Əhmədovanın ailə üzvləri onu huşsuz vəziyyətdə tapıblar. Onlar əvvəlcə mərhumun beyninə qan sızması nəticəsində dünyasını dəyişdiyini güman ediblər. Ona görə də hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Amma sonradan T.Əhmədovanın qətlə yetirilməsi və mənzilin qarət edildiyi məlum olub.
İki nəfəri qətlə yetirən dəstə üzvləri artıq Naxçıvanda qalmayıblar. Onlar öz “fəaliyyətləri”ni davam etdirmək üçün paytaxta üz tutublar.
Dəstə üzvü Rəşad Tağıyevin qonşuluğunda yaşayan Kamilə İsgəndərovanın imkanlı olduğunu öyrəndikdən sonra qadını öldürüb pullarını və qızıllarını ələ keçirməyi planlaşdırıb. Bu niyyətlə onlar  4 avqust, 2014-cü ildə onun yaşadığı mənzilə gəliblər. Dəfələrlə mənzilin giriş qapısını döysələr də, ev sahibəsi evdə olmadığından öz cinayətkar niyyətlərinin reallaşdıra bilməyiblər.
Ertəsi gün R.Tağıyevin uzaq qohumu olan İlknur Qasımovanın mənzilini aparmağı planlaşdırıblar. Gecə saat 03 radələrində onun yaşadığı evin yaxınlığına gəliblər. Amma evdə işıqlar yandığından və mənzildə başqa şəxslər olduğundan geri qayıtmağa məcbur olublar.
2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın