Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Sabiq nazir müavininin qohumu məhkəmə qarşısında

Sabiq nazir müavininin qohumu məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesiı başlayıb.

Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. E.Hüseynov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Pullarını geri ala bilməyən şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı E.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət materiallarına əsasən, E.Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.

Bir müddət sonra isə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynovun barəsəndə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. (Virtualaz.org)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın