Bazar , Yanvar 23 2022
Ana səhifə / Araşdırma / Sabiq nazir müavininin oğlu ilə Kəmaləddin Heydərovun oğlunun biznesi haqda yeni sənədlər yayıldı – FOTOLAR

Sabiq nazir müavininin oğlu ilə Kəmaləddin Heydərovun oğlunun biznesi haqda yeni sənədlər yayıldı – FOTOLAR

“”Mən ömrümün sonunadək Prezidentimizin quluyam” deyib ictimai ikrah hissi doğuran keçmiş nazir müavini İsmayıl İsmayılov, əslində Kəmaləddin Heydərovun müasir politoloji dildə desək, kadrıdır”.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk-dakı səhifəsində yazıb.

O, yazıya sənəd və foto da əlavə edərək, bildirib ki, İsmayıl İsmayılovun oğlu Elvin ismayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir:

“O, əvvəllər “QƏBƏLƏ ATICILIQ KLUBU” MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan “GİLAN İNŞAAT” MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, “QƏBƏLƏ SPORT STORE” MMC-yə rəhbərlik edir. “QƏBƏLƏ SPORT STORE” idman ləvazimatlarnın, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.

İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət “CORE CONSTRUCTİON” (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər.

“CORE CONSTRUCTİON” yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus AVROPA AZƏRBAYCAN MƏKTƏBİni inşa edib.

“AVROPA AZƏRBAYCAN MƏKTƏBİ” TƏHSİL KOMPLEKSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib.

“CORE CONSTRUCTİON” (https://coreconstruction.az/az/)

həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib”.

img
img
img
img
img
img
img

Həmçinin oxuyun

Ermənilər üçün “Urartu nağılı”nın müəllifləri

XVlll əsrdə Osmanlı imperiyasını parçalamaq üçün anqlo-saklar ,ruslar imperiyanın ərazisində yaşayan xalqları türklərə düşmən etmək …