Ana səhifə / Araşdırma / Sabiq MTN generalının sürücüsü: “Hər ay Vidadi Zeynalovdan bağlama alırdım”

Sabiq MTN generalının sürücüsü: “Hər ay Vidadi Zeynalovdan bağlama alırdım”

Bu gün Ağır Cinayətlər Məhkəməsində “Rabitə işi” üzrə növbəti məhkəmə iclası keçirilib.

Virtualaz.org-un xüsusi müxbiri məhkəmə zalından xəbər verir ki, prosesdə hakim sabiq Aparat Rəhbəri Vidadi Zeynalova ifadə verməyi təklif edib. Lakin təqsirləndirilən V.Zeynalov hazırkı mərhələdə ifadə verməkdən imtina edib. O, bunu ittihamla tam tanış olmaması ilə əsaslandırıb.

Rabitə Nazirliyinin nümayəndəsi Babayev 153 milyon 346 min manatlıq mülki iddianı müdafiə etdiyini və məbləği müştərək qaydada təqsirləndirilən şəxslərin ödəməsini istəyib.

Daha sonra prosesdə şahidlər ifadə verib.

İlk olaraq şahid qismində sabiq MTN generalı Sübahir Qurbanovun sürücüsü Ramil Əliyev dindirilib. O, ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Vidadi Zeynalovu tandığını deyib. Şahidin sözlərinə görə, hər ay Vidadi Zeynalovun yanına gələrək, ondan bağlama alıb və Sübahir Qurbanova təqdim edib.

Şahid qismində ifadə verən Rəqifə Abbasova bildirib ki, nazirliyin Maliyyə Sabitliyi Şurasında şöbə müdiri vəzifəsində çalışıb, əvvəllər hər ay 900 manat, sonralarsa 1100 manat “paket” alıb.

Digər şahid Mətanət Məmmədova istintaqa verdiyi ifadəni təsdiq edib. O, uzun müddət nazirliyin Plan-Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdığını deyib. Onun sözlərinə görə, 2011- ci illərdə 2300, sonralarsa hər ay 6 min manat “paket” alıb: “Nazirliyin fəaliyyəti ilə əlaqədar arayışların, beynəlxalq hesabatların təhlil edilməsi işlərinə baxırdım. 2013-cü illərin ortalarından ayda 6000 manat paket alırdım. Amma devalivasiyadan sonra bu rəqəm 4700 manata düşdü. “Paket”i Vidadi Zeynalov mənə verirdi”.

Şahid qismində dindirilən Abbas Əhmədov qeyd edib ki, nazirlikdə Bakı-Telefon İstehsalat Birliyində Texniki Şöbənin müdiri vəzifəsində çalışıb. O deyib ki, vəzifə təlimatına uyğun olaraq paket almayıb.

Məhkəmə dekabrın 16-a kimi təxirə salındı.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın