Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Sabiq deputatın oteli satışa çıxarıldı

Sabiq deputatın oteli satışa çıxarıldı

Adı “Cahangir Hacıyev işi”ndə hallanaraq saxlanılmış sabiq deputat Dünyamin Xəlilova məxsus “Globus Plaza” satışa çıxarılıb.

D.Xəlilovun saxlanılmasından sonra plazada axtarış işləri həyata keçirilib və kassalar möhürlənib. Plazanın mühasibləri isə dindirilmək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Daha sonra isə şirkətin satışa çıxarılması məsələsi müzakirə olunub.

Plaza işçilərinin verdiyi məlumata görə, şirkətin artıq ilk müştərisi var. Müştərinin adı çəkilməsə də, onun türkiyəli iş adamı olduğu deyilir.

Məlumat üçün deyək ki, Cahangir Hacıyevə məxsus brend mağaza “Harvey Nichols” da “Globus Plaza”da yerləşir. Onu da bildirək ki, “Harvey Nichols” brendi adına xələl gətirdiyi üçün C.Hacıyevə verdiyi françayzinq səlahiyyətlərini geri götürüb. (aznews.az)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın