Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Sabiq baş həkim avtomobil qəzasında dünyasını dəyişib

Sabiq baş həkim avtomobil qəzasında dünyasını dəyişib

Şəmkirdə ağır avtomobil qəzası baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazımalılar kəndinə baş verib. “Mercedes Benz” markalı avtomobil “Niva” markalı avtomobillə toqquşması nəticəsində “Niva” da olan sərnişin 1955-ci il təvəllüdlü Zahid Şirinov aldığı xəsarətdən dünyasını dəyişib. Məlumata görə, qəzada daha 4 nəfərdə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş verən ağır yol qəzasında yaralananların adları açıqlanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, yaralanan şəxslər aşağıdakılardır:
Gədəbəy rayon Poladlı kənd sakini, 1985-ci il təvəllüdlü Şirinov Rauf Zahid oğlu
Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü, Əsgərzadə Samir Füzuli oğlu,
Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu,
Şəmkir rayon sakini, 1984-cu il təvəllüdlü Həsənov Ceyhun Cavad oğlu.
Qəza zamanı həlak olan Zahid Şirinov Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi olub.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın