Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Sabahkı imtahana hazırlaşırdılar… – Qəzada öldülər

Sabahkı imtahana hazırlaşırdılar… – Qəzada öldülər

Bu gün Cəlilabad rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

” Azinforum.az ” Lent.az-a xəbər verir ki, Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qəzaya düşən avtomobildəki gənclər orta məktəbi bu il bitiribmiş və ali təhsil üçün imtahan veribmiş.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Rzayev Şəmsi İlqar oğlu və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Qarayev Ələmdar Qoşqar oğlu Günəşli kəndində yaşayan repetitorun yanından kəndə qaydırımış. Onlar sabah Lənkəranda keçiriləcək növbəti imtahana hazırlaşırmış.

Bildirilir ki, hər iki gənc daha əvvəl keçirilmiş imtahanlarda yüksək bal toplayaraq ailə məktəbə qəbul olunub. Lakin onlar ballarını artırmaq üçün oxumağa davam ediblər. Onlar Alar kəndindəki 2 saylı orta məktəbi bu il bitiriblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın