Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Şərq bazarı”nın yanında adam güllələndi

“Şərq bazarı”nın yanında adam güllələndi

Bakıda 21 yaşlı gənc güllələnib.

Hadisə Nərimanov rayonu, Xətai prospektindəki “Şərq bazarı”nın yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rzayi Emil Sülfi mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayi Emil Sülfinin kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq (APA).

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın