Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Səngəçalda 3 partlayış: deputatdan sensasion təxribat açıqlaması

Səngəçalda 3 partlayış: deputatdan sensasion təxribat açıqlaması

Səngəçal magistral qaz kəmərində ardıcıl 3 partlayışın baş verməsi terror hücumu versiyasını gündəmə gətirib. Qəzanın mümkün səbəbləri arasında terror ehtimalı istinsa edilmir.
Parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev  təxribat ehtimalını istisna etməyib.
Onun sözlərinə görə, Azərbaycan elə bir strateji regionda yerləşir ki, ölkəmizə qarşı belə cəhdlər olub. Deputat hesab edir ki, bundan sonra da olacağını planlaşdıranlar ortaya çıxacaq.
F.Quliyev hesab edir ki, bununla belə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər güc strukturlarımız kifayət qədər profilaktik, normal şəkildə fəaliyyət göstərirlə: “Hesab edirəm ki, düşmənlərin belə cəhdlərinin heç bir nəticəsi olmayacaq”.
2 həftə ərzində üç qəza müəyyəm müəmmalara və şübhələrə yol açır.
Çünki aylar əvvəl Səngəçal qəsəbəsində vəhhabilərin, bu qəsəbədən Suriyaya döyüşməyə getmiş adamların olduğunu yazmışdıq. Bu dəstəyə Fərəcullayev Kamil Babaqeys oğlu rəhbərlik edir. Onun sözlərinə görə, Kamil camaatı qanunsuz fəaliyyət göstərən məscid rəhbərləri – Lazım və Səyyar Əndəliyevlərə itaət etməyə çağırır.
Dəstənin üzvlərindən Səngəçalda yaşayan Mahir, Nail, adını bilmədiyimiz Çingizin oğlu, Gülmirzənin oğlu və digərləri Suriyada vuruşmağa gediblər. Deyilənə görə bunlardan Mahir ölüb, Nail isə komandir vəzifəsinə yüksəlib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın