Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Şəmkirdə qəza: Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi öldü

Şəmkirdə qəza: Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi öldü

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini, Gədəbəy rayon sakini, 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa “Niva”nın sürücüsü, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Rauf Zahid oğlu, həmçinin “Mercedes”də olan Şəmkir rayon sakinləri-1992-ci il təvəllüdlü Əsgərzadə Samir Fizuli oğlu, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu və 1984-cü il təvəllüdlü Gədəbəy rayon sakini Həsənov Ceyhun Cavad oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan birnin vəziyyəti ağır, ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir. Dördüncü yaralının vəziyyəti isə normaldır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın