Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Şəkidəki sərhədçilərlə bağlı problem öz müsbət həllini tapdı-VİDEO

Şəkidəki sərhədçilərlə bağlı problem öz müsbət həllini tapdı-VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında Şəkidən hazırladığı videoreportaja verilən reaksiya ilə bağlı münasibətini açıqlayıb. Azinforum.az həmin mövqeni təqdim edir:

“Şəkinin Baş Kəldək və Oraban kəndlərinin çıxışında sərhədçilərin qanunsuz fəaliyyəti ilə bağlı təqdim etdiyim videoreportaja Sərhəd Qoşunlarının Komandanı Araz Məmmədovun səviyyəsində reaksiya verildi. Mənə bu cür halları işıqlandırmağıma görə təşəkkür edildi və bildirildi ki, reportajda qeyd olunan bütün neqativliklər dərhal aradan qaldırılacaq, həmin ərazidə rejimin yumşaldılması təmin ediləcək. Bir saat əvvəl həmin kəndlərlə əlaqə saxladım. Bildirildi ki, artıq sözügedən postda heç bir avtomobili saxlayıb sənədlərini yoxlamırlar, ümumiyyətlə əsgərlər gözə dəymir. Belə operativ reaksiyaya görə Sərhəd Qoşunlarının Komandanına təşəkkür edirəm və ümidvaram ki, bu yumşalma mövsumi deyil , daim xarakter daşıyacaq…”

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …