Ana səhifə / Araşdırma / Şəkidə toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü

Şəkidə toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü

Kanalizasiya quyusuna düşən Şəki sakini xilas edilib. Virtualaz.org-a “ARB Şəki”dən verilən xəbərə görə, hadisə ötən gecə şəhərin Sarabski küçəsində baş verib.

1963-cü il təvəllüdlü Mahmudov Rizvan Ramazan oğlu toydan çıxıb evə gedərkən dərinliyi 6 metr olan quyuya düşüb. Onu çıxarmaq üçün ərazidə FHN-in xilasediciləri cəlb olunub. Rizvan Mahmudov döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki MRX-ya yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab olunur.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın