Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Səid Dadaşbəylinin xanımı vəkili dələduzluqda ittiham etdi…

Səid Dadaşbəylinin xanımı vəkili dələduzluqda ittiham etdi…

Hazırda məhbəs həyatı yaşayan MTN cinayətlərinin qurbanlarından olan Səid Dadaşbəylinin xanımı sosial şəbəkədə vəkil Elçin Qənbərovu ittiham edib. İlhamə Dadaşbəyli həyat yoldaşına məxsus facebook hesabında vəkilin onlardan dələduzluq yolu ilə pul aldığını amma qaytarmadığını iddia edib.
Siyasi məhbus xanımının qeydlərini təqdim edir:
Uzun illərdir ki, ədalətsizliyin, hüquqsuzluğun qurbanı olaraq, qalmaqdayıq. Heç bir cinayət törətməməsinə rəğmən Səid Dadaşbəyli və onunla bərabər bir neçə adam həbs həyatı yaşayır. Onları şərləyən cinayətkarlar ifşa olunsallar da amma Səid və “Səidin dəstəsi” adlandırılan insanlar cəza çəkməkdədir.
Bizi üzən daha bir məqam var:  Bu, ümid etdiyimiz, köməyini gözlədiyimiz bəzi adamların, konkret olaraq, vəkil Elçin Qəmbərovun bizi üzməsi oldu. Elçin Qəmbərov kimi adamları görəndə düşünürsən ki, ədalətsiz adamlar, başqasının haqqı əlindən alanlar təkcə hökumətdə deyilmiş.
İndiyə qədər susmağımız isə səbəbsiz olmayıb. Bu adam ölkənin nüfuzlu müxalifət liderlərindən birinin adıyla bizdən 5000 dollar pul aldı ki, Səid Dadaşbəylinin adını siyasi məhbus siyahısına saldıracaq. Biz sonradan öyrəndik ki, Elçin Qənbərov həmin şəxsin adını bizdən etibar qazanmaq üçün çəkib. Bununla o, açıq formada dələduzluq edib. Bundan başqa o, bizdən Səidi əfvə saldırmaq adıyla 25 min manat pul almaq istədi. Yenə də illər keçdi, əfvə olan ümidlərimiz puça çıxdı.
Nəhaəyyət, anladıq ki, Elçin Qənbərov dələduzluq edərək, pulumuzu mənimsəyib. əməlinin üstü açılanda vəd verdi ki, qaytaracaq. Amma yenə də aldatdı.
2015-ci ildə ildə onu polisə verdik və cinayət işi başlandı. Sonra müxtəlif yollarla bu işdən çıxdı. Həbsdə olan bir insanın ailəsinin, yaşlı valideyinlərinin heysiyyatı ilə oynamaq, heç bir vicdana sığmır.
Biz aidiyyatı qurumlara öz şikayətlərimizi edəcəyik.
İlhamə Dadaşbəylinin bu ittihamları ilə bağlı Elçin Qəmbərovunda mövqeyini təqdim etməyə hazırıq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın